A24 Xeber

Azərbaycanda din xadimləri maaş almağa başlayıblar

Azərbaycanda din xadimləri maaş almağa başlayıblar
62
15 May 2018 - 16:39

Azərbaycan məscidlərində fəaliyyət göstərən din xadimləri onlara verilən maddi dəstəyi almağa başlayıblar.

“A24.az” “Report”a istinadən xəbər verir ki, artıq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilərə bank kartları paylanılıb.

Məlumata görə, ayrılan maddi yardım din xadimlərinin bank hesabına köçürülüb.

Qeyd edək ki, Azərbaycanda imamlar hər ay 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Maddi yardım, ümumilikdə, 1000-dən çox din xadimini əhatə edəcək.

Xatırladaq ki, 2018-ci il üzrə ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğundan din xadimləri ilə müqavilə də bu müddətə bağlanıb və dekabr ayında başa çatacaq. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00