Azərbaycanda dollar yenidən bahalaşdı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycanda dollar yenidən bahalaşdı – RƏSMİ MƏZƏNNƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən A24.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə artaraq 1,7563 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7565 səviyyəsində formalaşıb.

Xatırladaq ki, martın 7-ə olan rəsmi məzənnələr bülleteninə əsasən ABŞ dollarının rəsmi məzənnəsi 1,7548 manat təşkil edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar