Azərbaycanda doluya qarşı müharibə elan edildi

Azərbaycanda doluya qarşı müharibə elan edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.

A24.Az xəbər verir ki,  bu barədə Kənd Təsərrüfatı Nazirliyininin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

“Məlumdur ki, kənd təsərrüfatı riskli sahədir. Aparılan müşahidələr göstərir ki, fəslin müəyyən vaxtında yağan dolu kənd təsərrüfatına ciddi ziyan vura bilir. Müasir dövrdə iri təsərrüfatlar yaranır. Təbii fəlakitinin verdiyi ziyanın qarşısın alınması zamanı yetişib”.

M.Hacıyev bildirib ki, doludağıdan toplardan istifadə ilə bağlı müzakirələr aparılır: “Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aiddir. Əgər layihə həyata keçirilərsə, kənd təsərrüfatına müsbət təsiri olacaq. Sovetlər dönəmində də dolu dağıdanlar mövcud idi”.

 A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar