A24 Xeber

Azərbaycanda dövlət müəssisəsində kütləvi zəhərlənmə – İşçilər huşunu itirdi

Azərbaycanda dövlət müəssisəsində kütləvi zəhərlənmə – İşçilər huşunu itirdi
139
01 May 2018 - 22:19

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə “Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.

Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00