A24 Xeber

Azərbaycanda əfvlə yanaşı böyük amnistiya gözlənilir

Azərbaycanda əfvlə yanaşı böyük amnistiya gözlənilir
51
31 Yanvar 2018 - 11:48

Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı böyük amnistiya aktının verilməsi gözlənilir.

A24.az xəbər verir ki, bu barədə Azvision.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi hesab edir ki, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq:

“Əfv və amnistiya daha çox insanı əhatə edəcək və bütün təbəqələrdən olan məhbuslara şamil olunacaq. Bu humanist adımın Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində atılmasını gözləyirik”.

Qeyd edək ki, ötən gündən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. Ümumilikdə indiyə qədər komissiyaya 1000-dək müraciət daxil olub.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00