Azərbaycanda ərəb turistləri daşıyan avtobus aşdı: 2 ölü

Azərbaycanda ərəb turistləri daşıyan avtobus aşdı: 2 ölü
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya düşüb. A24.Az-ın məlumatına görə, yol nəqliyyat hadisəsi  İsmayıllı rayonu ərazisində baş verib.

Belə ki, Qəbələdən-Bakıya qayıdan “Hyundai” markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan ikisi xəstəxanada dünyasını dəyişib.

Yaralılardan 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib və bir qədər sonra xəstəxanadan köçürülüb.
https://www.youtube.com/watch?v=yZSnoBk6hO8

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar