Azərbaycanda etibar edəcəyimiz bank var? - ANALİZ

Azərbaycanda etibar edəcəyimiz bank var? – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən banklarla bağlı aprel ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 5256 xəbər yerləşdirilib. Bunlardan 19 xəbər mənfi, 25 xəbər müsbət, 5212 xəbər isə neytraldır.

Mənfi xəbərlər Nikoil Bank (11 xəbər – “Nikoil Bank” vətəndaşdan artıq pul tələb edir – ŞİKAYƏT) və Amrahbanka (8 xəbər – “Amrah Bank”ın zərəri günü-gündən artır: Bankın taleyi necə olacaq?) məxsusdur.

Müsbət xəbərlər isə Yapı Kredi Bank (18 xəbər – “2018-ci ilin ən etibarlı bankı” mükafatına layiq görülüb) və PAŞA Banka (7 xəbər – “Nağdsız ödənişlər üzrə Lider Bank” adına layiq görülüb) aiddir.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 634 xəbər
2 Kapital Bank 568 xəbər
3 Unibank Kommersiya Bankı 293 xəbər
4 Access Bank 269 xəbər
5 Bank of Azerbaijan 238 xəbər
6 PAŞA Bank 211 xəbər
7 Bank Respublika 195 xəbər
8 Bank Standard 168 xəbər
9 Bank of Baku 152 xəbər
10 Rabitəbank 152 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 474 neytral xəbər dərc edilib. Aprel ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 115 xəbər
2 Kapital Bank 104 xəbər
3 PAŞA Bank 38 xəbər
4 Bank Standard 23 xəbər
5 DəmirBank 16 xəbər
6 Bank of Azerbaijan 15 xəbər
7 Bank Respublika 14 xəbər
8 VTB Bank 12 xəbər
9 Zaminbank 11 xəbər
10 AtaBank 9 xəbər

Aprel ayında televiziya kanallarında banklar haqqında 33 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 PAŞA Bank 11 xəbər
2 Kapital Bank 4 xəbər
3 Azərbaycan Beynəlxalq Bankı 4 xəbər
4 Unibank Kommersiya Bankı 3 xəbər
5 Bank of Baku 3 xəbər
6 AGBank 2 xəbər
7 Access Bank 2 xəbər
8 Expressbank 2 xəbər
9 Caspian Development Bank 1 xəbər
10 Bank Respublika 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar