Azərbaycanda fəaliyyəti ilə birinciliyi ələ alan BANK

Azərbaycanda fəaliyyəti ilə birinciliyi ələ alan BANK
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzi-nə istinadla banklarla bağlı avqust ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 6597 xəbər yerləşdirilib. Bunlardan 83 xəbər mənfi, 6514 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında Turan Bank (26 xəbər – “Turan Bank” 3 uşaq anasını belə soymaq istəyir, Bank Qarabağı erməni dilində təqdim edir) və AG Bank (20 xəbər – Bank iflas edir, kredit verməyi dayandırdı) liderdir. Avqust ayında bu sektorla bağlı elektron mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 563 xəbər
2 Kapital Bank 533 xəbər
3 VTB Bank 332 xəbər
4 PAŞA Bank 329 xəbər
5 Bank of Baku 305 xəbər
6 Bank Standard 305 xəbər
7 Unibank Kommersiya Bankı 302 xəbər
8 Access Bank 293 xəbər
9 Bank Respublika 267 xəbər
10 AG Bank 227 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 349 neytral xəbər dərc edilib. Avqust ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 87 xəbər
2 Kapital Bank 80 xəbər
3 PAŞA Bank 24 xəbər
4 VTB Bank 23 xəbər
5 Bank of Baku 16 xəbər
6 Access Bank 15 xəbər
7 NBC Bank 13 xəbər
8 Ata Bank 10 xəbər
9 Bank Standard 10 xəbər
10 AG Bank 9 xəbər

Avqust ayında televiziya kanallarında banklar haqqında 15 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 7 xəbər
2 Kapital Bank 3 xəbər
3 Unibank Kommersiya Bankı 2 xəbər
4 Access Bank 1 xəbər
5 Bank Respublika 1 xəbər
6 Bank of Baku 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar