A24 Xeber

Azərbaycanda gəlin evdən qaçdı: “Məktubda yazıb ki…” – VİDEO

Azərbaycanda gəlin evdən qaçdı: “Məktubda yazıb ki…” – VİDEO
272
31 Yanvar 2018 - 22:45

Göyçay rayonunda 29 yaşlı gəlin evdən çıxaraq geri qayıtmayıb.

Ailəsi bildirib ki, şəkərli diabet xəstəsi olan Türkan Lətifova müalicəsi üçün istifadə etdiyi dərman preparatlarını, şəxsiyyət vəsiqəsini, geyim əşyalarını evdə qoyub. Gedərkən ailə üzvlərinə bir məktub buraxıb. Məktubda nələr yazılıb?

Gəlin məktub yazaraq evi tərk edib.

Hadisə Göyçayda olub. Rayon sakini Rüfət Məmmədovun həyat yoldaşı, 29 yaşlı Türkan Lətifova yanvarın 19-də evlərindən çıxaraq geri qayıtmayıb. Gəlinin Qaynanası Firəngiz Məmmədova deyir ki, oğlu Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən il ailə qurublar və evdə heç bir söz-söhbət olmayıb. Türkan evi tərk etməzdən əvvəl həyat yoldaşına zəng edərək evə çagırıb. Ailə evə gələndə onun “Rüfət, səni sevirəm, amma gedirəm” yazılmış məktubunu tapıb.

Türkan Lətifova şəkərli diabet xəstəsi olub. Lakin müalicəsi üçün istifadə etdiyi dərman preparatlarını, şəxsiyyət vəsiqəsini, geyim əşyalarını evdə qoyub.

Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Onun bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini görənlər olub.

Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə evdən getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

https://youtu.be/2uIBUAoT6xE

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00