A24 Xeber

Azərbaycanda general-mayor vəzifəsindən azad edildi

Azərbaycanda general-mayor vəzifəsindən azad edildi
486
03 May 2018 - 11:54

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

“A24.az” xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib”.

Hələ bu vəzifəyə təyinatın olmadığı bildirilib.

Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00