A24 Xeber

Azərbaycanda ilk dəfə: Oman ədəbiyyatı nəşr edildi

Azərbaycanda ilk dəfə: Oman ədəbiyyatı nəşr edildi
620
09 Mart 2017 - 17:19

“Dünya ədəbiyyatı” dərgisininin “Oman ədəbiyyatı” xüsusi sayı təqdim edildi. “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin nəşrlərindən olan “Dünya ədəbiyyatı” dərgisinin Oman ədəbiyyatına həsr olunmasının səbəbi Azərbaycan oxucusunu daha bir ərəb ölkəsinin mədəniyyəti, ədəbiyyatı ilə tanışlıq məqsədi daşıyır.
A24.Az xəbər verir ki, təqdimat zamanı çıxış edən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, dünya ədəbiyyatının Azərbaycanda nəşri davam edəcək.
Səlim Babullaoğlu onu da qeyd edib ki, analoji işi görən digər qurumlar da dünya ədəbiyyatından nümunələr nəşr edərkən yeni yaranan mətnlərə üstünlük verməsi daha effektiv olar.


Daha sonra İmamverdi Həmidov İlqar Fəhmi, Məqsəd Nur, Cavanşir Yusifli və digərləri “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli qeyd edib ki, Oman ədəbiyyatı daha çox hekayələrlə diqqət çəkir.

“Dünya ədəbiyyatı” dərgisinin əsası 2004-cü ildə qoyulub. 2014-cü ildən yenilənmiş variantda nəşr olunur və hər sayı bir xalqın, bir ölkənin ədəbiyyatına həsr olunur, yaxud ədəbi janrlar üzrə dünya xalqları ədəbiyyatından seçmələr şəklində nəşr edilir. Son iki ildə Ukrayna, Rusiya, İran, Oman “xüsusi sayları”, habelə “Dünya dramaturgiyası” sayı nəşr edilib.

Bu ilin fevral ayının 27-i – mart ayının 2-i tarixləri arasında Səlim Babullaoğlu və mərkəzin ərəb ədəbiyyatı üzrə məsləhətçisi, professor İmamverdi Həmidov Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməkinin dəvəti ilə Omanda səfərdə olub, 22-ci Məsqət Beynəlxalq Kitab Sərgisində, sərgi çərçivəsində “Dünya ədəbiyyatı” dərgisi “Oman ədəbiyyatı xüsusi sayı”nın təqdimatında iştirak ediblər.

Sərdar Amin, A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00