Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək - DİM-dən AÇIQLAMA

Azərbaycanda imtahan qiymətləri dəyişdiriləcək – DİM-dən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”.

A24.Az xəbər verir ki, bunu “APA”-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.

M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb: “Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”.

Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar