Azərbaycanda intihar etmək istəyən şəxsi xilas edən ilk məmur Novruz Məmmədov olmayıb - Bəs KİM?

Azərbaycanda intihar edən şəxsi xilas edən ilk məmur Novruz Məmmədov olmayıb – Bəs KİM?
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 30-da baş nazir Novruz Məmmədov ictimaiyyətdə “intihar körpüsü” kimi də tanınan metronun “Koroğlu” stansiyasının yaxınlığında həyatına son qoymaq istəyən şəxsi xilas etdi. Musavat.com-un xəbərinə görə, intihara cəhd edən şəxs  həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

“A24.az” bildirir ki, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədov həmin şəxsi intihar fikrindən daşındırıb.

Hadisə ilə bağlı xəbər musavat.com saytında yayıldıqdan sonra ictimaiyyətdə də geniş müzakirələrə səbəb oldu. Sosial şəbəkələrdə hadisə ilə bağlı fikir bildirənlər Novruz Məmmədovun bu əməlini yüksək qiymətləndirdilər.

Bəs indiyə qədər başqa hansı dövlət adamları intihara cəhdlərin qarşısını alıblar?

“Yeni Müsavat” olaraq məsələ ilə bağlı kiçik bir araşdırma etdik…

Yuxarıda da qeyd etdiyimiz kimi, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən körpüdə bir neçə dəfə intihara cəhdlər olub. Müxtəlif səbəblərdən canına qəsd etmək istəyən insanlar, çox zaman bu körpünü seçiblər. Lakin  əksər şəxslər körpüyə qalxıb intihar edəcəklərini bildirsələr də, son anda fikirlərindən daşınıblar. Bu, onlarla müvafiq qurumların əməkdaşlarının və digər ictimai şəxslərin danışıqları nəticəsində mümkün olub. Onu da qeyd edək ki, körpüyə intihar məqsədilə çıxanların sayı çox olduğu üçün ərazidə post patrul xidmətinin əməkdaşları dayanır və ətrafa nəzarət edirlər.

Qənirə Paşayeva ile ilgili görsel sonucu

2014-cü ildə Fəqan Nəsibov adlı şəxs körpüyə çıxaraq intihar edəcəyini bildirirdi. O söyləyirdi ki, Lütfəli BabayevMingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulumu mənimsəyib. İntihar etmək istəyən şəxs yalnız deputat Qənirə Paşayeva ilə görüşmək istədiyini, əks halda, intihar edəcəyini söyləyirdi. Qənirə Paşayeva hadisə yerinə getdikdən sonra  Fəqan Nəsibov intihar etmək fikrindən daşınmışdı. Beləliklə də hadisədən sonra Qənirə Paşayeva da intihara cəhd edən şəxsi fikrindən daşındıran dövlət adamı kimi tarixə düşmüş oldu.

Rəcəb Tayyib Ərdoğan ile ilgili görsel sonucu

Oxşar hadisələr qardaş Türkiyədə də baş verib. Belə ki, 2015-ci ildə hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanintihara cəhd etmək istəyən şəxsi fikrindən döndərə bilmişdi. Belə ki, cümə namazından qayıdan Rəcəb Tayyib Ərdoğanın karteji Boğaziçi körpüsündə intihar etmək istəyən bir şəxsə görə yaranmış tıxacda dayanmalı olmuşdu.

Prezident kortejində olan şəxslər intihar edən şəxslə danışıb onu Ərdoğanın maşınının yanına gətirmişdilər.  R.T.Ərdoğan həmin şəxslə söhbət edib və onu intihar etmək fikrindən yayındırmağa müvəffəq olmuşdu.

Binəli Yıldırım ile ilgili görsel sonucu

Bu ilin iyul ayında artıq səlahiyyətləri başa çatan Türkiyənin son baş naziri Binəli Yıldırım da  İstanbuldakı “15 iyul Şəhidlər Körpüsü”ndən keçərkən bir nəfərin özünü körpüdən ataraq intihar etmək istədiyinin şahidi olub.  O, dərhal avtomobilini saxlayıb və intihar etmək istəyən şəxsin yanına gedib. Sabiq baş nazir T.T. adlı həmin şəxsi fikrindən daşındırıb və özü ilə apararaq qonaq edib.

Məlum olub ki, 40 yaşlı həmin şəxs qardaşları ilə münasibətlərinin gərgin olması səbəbindən intihar etmək fikrinə düşüb. O, avtomobillə körpüdən keçərkən qəfildən yerə atılıb və nəticədə müxtəlif dərəcəli xəsarətlər də alıb. Bu üzdən də B.Yıldırım görüşdən sonra onu xəstəxanaya yola salıb.

Musavat.com

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar