Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi - 24 saat vaxt verildi - FOTOLAR

Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi – 24 saat vaxt verildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib.  

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, işdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

“Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov APA-ya açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodun istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: “İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.

“Atena” –nın  Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev APA-ya açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: “Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar