Azərbaycanda işsizlərin neçə faizini qadınlar təşkil edir? - STATİSTİKA

Azərbaycanda işsizlərin neçə faizini qadınlar təşkil edir? – STATİSTİKA
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 481 nəfər olub, onların da 36,3 faizini qadınlar təşkil edir.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, işsizlik müavinəti orta hesabla 291,2 manat olub.

Hesabatda həmçinin vurğulanıb ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,3 min nəfər olub, onlardan 880,1 mini iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1487,4 min nəfər muzdla işləyib.

Xidmətdə işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb. (report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar