Azərbaycanda istirahət zonasında 1 nəfər öldü, 4 nəfər yaralandı

Azərbaycanda istirahət zonasında 1 nəfər öldü, 4 nəfər yaralandı
Want create site? Find Free WordPress Themes and plugins.

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

A24.Az-ın“Qafqazinfo”ya istinadla əldə etdiyi xəbərə görə, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub.

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib.

Yaralılardan iki nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1995-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu isə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar