Azərbaycanda KİV haqqında qanuna dəyişiklik edilir

Azərbaycanda KİV haqqında qanuna dəyişiklik edilir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir.

“A24.az” xəbər verir ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır.

Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar