Azərbaycanda kriminal avtoritet tutuldu

Azərbaycanda kriminal avtoritet tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb. 

A24.Az-ın “Report”un Aran bürosuna istinadla xəbərinə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar