Azərbaycanda məmur yanacaqdoldurma məntəqəsində öldü – FOTO

Azərbaycanda məmur yanacaqdoldurma məntəqəsində öldü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

A24.Az “Oxu.az”a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan “KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar