A24 Xeber

Azərbaycanda məzarların başdaşı yeni formada olacaq

Azərbaycanda məzarların başdaşı yeni formada olacaq
590
02 Mart 2017 - 8:32

Uzun müddətdir hazırlanma prosesində olan “Məzarlıqlar haqqında” qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarıla bilər.

“A24.az” bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Qanun layihəsinin müvafiq komitələrdə müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

Qeyd edək ki, yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur.

Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olması nəzərdə tutulur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00