A24 Xeber

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər – FOTOLAR

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər – FOTOLAR
851
13 Mart 2017 - 19:18

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər.

A24.Az Aile.lent.az-a istinadən xəbər verir ki, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərib. Modelyer məktubda qeyd edir ki, Azərbaycan qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi əhəmiyyətlidir. Mədəniyyət və Turizm Nazirliyi isə məktuba cavab olaraq Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab etdiyini və məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacağını qeyd edib.

G. Xəlilova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr edilmiş müxtəlif festivallar və karnavallar keçirilir, bu da turistlərin böyük marağına səbəb olur: “Bu ideyanın reallaşdırılması ölkəmizin mədəniyyəti barədə bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”.

 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00