Azərbaycanda müəllim kibrit qutusu ilə yaxalandı

Azərbaycanda müəllim kibrit qutusu ilə yaxalandı
Want create site? Find Free WordPress Themes and plugins.

Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb.

“A24.az” bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,  1967-ci il təvəllüdlü rayon sakini Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhrəmov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhərmov marixuananı həmyerlisi Daşqın Əliyeva satmaq istəyib.

Bəhrəmov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar