Azərbaycanda müəllim süpürgəçini zorladı, həmin anları isə telefonuna çəkdi

Azərbaycanda müəllim süpürgəçini zorladı, həmin anları isə telefonuna çəkdi
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar