A24 Xeber

Azərbaycanda müəlliməni “lapatka” ilə öldürdülər – Yenilənib

Azərbaycanda müəlliməni “lapatka” ilə öldürdülər – Yenilənib
630
28 Mart 2017 - 17:36

Lənkəranda müəllimənin qətli ilə bağlı bəzi detallar açıqlanıb.

“A24.az” xəbər verir ki, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb.

Hazırda onun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

16.03

Lənkəranda qətl hadisəsi törədilib.

“A24.az” APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00