Azərbaycanda nənə səmti müəyyənləşdirdi - FOTO

Azərbaycanda nənə səmti müəyyənləşdirdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası təşkilatçılığı ilə, “Silk way of orienteering” beynəlxalq layihə çərçivəsində  ” Azerbaijan” adlı səmti müəyyən etmə yarışı təşkil edilib. Qaçışlar İçəri Şəhər (sprint – 3 km qədər) və Şabran rayonu, Qalaltı ərazisində (orta məsafə – 7.5 km qədər) təşkil edib. 

Federasiyadan “a24.az”a verilən məlumata görə, yarışda beş ölkədən (İsveçrə, İsveç, ABŞ, Norveç, Finlandiya) 60 nəfərdən yuxarı səmti müəyyən edən idmançı qatılıb. Qaçılşlarda peşəkar səmti müəyyən edən idmançılar, həm də bu idmanın veteranları iştirak ediblər.

“Silk way of orienteering” beynəlxalq proqramına əsasən sözügedən yarış iştirakçıları öncə Gürcüstanda keçirilən qaçışlara qatılıblar. Növbəti təyinat nöqtəsi isə Azərbaycan olub.  Ölkəmizdə təşkil olunan yarış iki gün davam edib. Yarışın birinci güçü İçəri Şəhərdə təşkil edilib. Yarışın ikinci günü Şabran rayonunun Qalaltı dağlıq meşə massivində keçirilib.

Beləliklə, yarışın iki günü üzrə ümumi nəticəyə əsasən, “Silk way of orienteering: Azerbaijan” adlı səmti müəyyən etmə yarışının “A” kateqoriyası üzrə qalibi çoxqat dünya birincisi və mükafatçısı Yorgen Martensson (Norveç – 56 yaş) olmuş, ikinci yeri Ulrix Aeşilman (İsveçrə – 56 yaş), üçüncü yeri isə Yurq-Verner Vaşçli (İsveçrə – 53 yaş) tutmuşdurlar.

Xatırladaq ki, Səmti Müəyyən etmə Federasiyası qeyd olunan ərazilərdə bu ilin sentyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçirməyi planlaşdırır.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar