“Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır”

“Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır”
Want create site? Find Free WordPress Themes and plugins.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlər ölümlə cəzalandırılmalıdır.

“Türkiyədə ölüm hökmünün tətbiqi elə də sadə məsələ deyil”.

“A24.az” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pedofillərə qarşı ölüm hökmünün bərpa oluna biləcəyi məsələsini şərh edərkən deyib.

Hüquqşünas Əkrəm Həsənov “Sputnik Azərbaycan”a deyir ki, Azərbaycanda da müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdarıdır:

“Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsinin müzakirə olunduğu bildirilmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar