A24 Xeber

“Azərbaycanda minimal əmək haqqı 116 manat, rezidentura imtahanı 118 manat” – Təhsildə inkişaf budur?

“Azərbaycanda minimal əmək haqqı 116 manat, rezidentura imtahanı 118 manat” – Təhsildə inkişaf budur?
215
07 Mart 2017 - 15:45

Tarif Şurası Dövlət İmtahan Mərkəzinin müraciət və təkliflərini nəzərə almaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

İmtahan qiymətlərinin 10-100 manat arasında müəyyənləşməsinin A24.Az-a şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu qiymətlərə ƏDV daxil deyil:

Kamran Əsədov

Kamran Əsədov

“ƏDV ilə birgə imtahanları qiymətini hesablanyanda fantastik bir rəqəm yaranır. Nəzərə alsaq ki, Azərbaycanda minimal əmək haqqı 116 manatdır imtahan qiymətləri bu məbləği keçə bilməz. Ancaq rezidentura imtahanının hər iki mərhələsində iştirak edən tələbə ƏDV daxil  118 manat pul ödəməlidir. 2016-ci ilin aprel ayında prezidentin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv edildi, onun yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldı. Bundan sonra yaradıldan DİM göstərəcəyi xidmətlərdə ödənişlərin qalxacağını elan etmişdi. Bu vaxta qədər həyata keçirilən qiymətlər reallığı əks etdirmədiyini bildirdilər. Onlar hesab etdilər ki, bir şəxsin imtahandakı xərcləri 25 manata başa gəlir. Və bir neçə gün bundan əvvəl də məhz həmin qurumun rəsmiləri elan etmişdilər ki, onlar 25 manatı deyərkən  və imtahanları iki dəfə etməklə heç də məqsədləri qazanc əldə etmək deyil. Amma dünən Tarif Şurasının elan etdiyi qərardan sonra bu addımın məhz gəlir əldə etmək üçün edildiyinin bir daha şahidi olduq. Əlbətdə yaradılan publik hüquqi şəxsin məqsədi budur. Ancaq bu qədər də yox”.

Təhsil eksperti dünya ölkələrində vəziyyətin necə olduğuna diqqət çəkib:

“ABŞ-da orta aylıq əmək haqqı 2500 manatdı və ali məktbələrə qəbul imtahanı  SAT imtahanları ilə həyata keçirilir ki, o da 35 dollardı. Qardaş Türkiyə “askeri ücret” gedir, bu məbləğ 2000 TL-dir. Orda isə imtahan mərhələləri iki dəfə olmaqla 55 TL və 30 TL-dir. Fransada təxminən 20 dollardır, İngiltərə də 39-40 funtdur (amma bir məsələ var ki, İngiltərə də bu ödənişi etdik də, imtahan qiymətləri bir neçə il ərzində qüvvədə olur). Bundan başqa onların imtahan nəticələri Kanadadan tutmuş, Avstraliyaya qədər dünyanın 200-dən çox ölkəsi tərəfindən tanınır. Amma TQDK-nın keçirdiyi imtahanları heç kim tanımır. Yəni 600 bal toplayan tələbə də sənədlərini aparsın, 11-ci sinifi bitirən  şagirdə atesttatını aparın versin sənədlərini xaricdə qəbul edəcəklər. Bu o deməkdir ki, TQDK-nın keçirdiyi imtahanlar hər hansı bir üstünlük qazanmaq deyil. Və dünya da tanınmır. Amma buna baxmayaraq imtahanları pulsuz olduğu ölkələr də var. Və kifayət qədərdir. Onlardan birini misa çəkim: Məsələn, Finlandiya da pulsuzdur. Bütün imtahan mərhələrinə giriş və iştirak etmək pulsuz həyata keçirilir. Dövlət büdcəsi bunu qarşılayır. Çünki dövlət üçün kadr hazırlanır”.

Kamran Əsədov bildirir ki, Tarif Şurası imtahan qiymətləri dünən açıqladı amma ƏDV  ilə qiymətləri açıqlamadı:

  • Rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanı üçün 10 manat verəcəklər – ƏDV ilə 11.8 manat olacaq.
  • Kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün 20 manat müəyyən olunub – ƏDV ilə 23.6 manat olacaq.
  • Bakalvr pilləsinə qəbul olmaq istəyən abituriyentlər üçün (iki imtahan olacaq onlar birindən azaddılar ikincini özləri istəsələr ödəyə bilərlər. Amma əvvəlki ilin məzunlarına hər ikisi pullu olacaq. İki imtahanda da iştirak məcburi deyil. Biri yetərli ola bilər) imtahanda iştirak 40 manatdır – ƏDV ilə 47.2 manat olacaq.
  • Rezidentura və magistraturanın ikinci mərhələsi üçün 60 manatdırsa – ƏDV ilə 70.8 manat olacaq.
  • Rezidenturanın ikinci mərhələsi üçün 100 manatdır, (birinci mərhələ üçün 60 manatdır ƏDV ilə 70.8 manat) ƏDV ilə 118 manat olacaq.

“Təsəvvür edin, Rezidentura mərhələsində iştirak edən şəxs 190 manat yaxın pul ödəcəyək ki, bu imtahanda iştirak etsin. Bu rəqəm ABŞ-dakı qiymətlərdən də üstündür, Dünya ölkələrinkindəmn də üstündür. Dünyanın heç bir ölkəsində imtahan iştirakçısı bu qədər pul ödəmir. Azərbaycanda da bahalı imtahan var. IELTS imtahanları 255 manatdı. Ancaq bu imtahan vətəndaşların xaricə qəbulu üçündür. Ölkə vətəndaşı üçün heç bir halda belə fantastik qiymətə imtahan yoxdur. 2016-ci ilin statistikasına baxsaq görərik ki, 63% tələbə əvvəlki illərin məzunları olub. Əvvəlki illərin məzunların bakalabvr imtahanların hesablasaq, rahat bir 150 manat xərcləri çıxacaq. Bir məsələni də xüsusi qeyd edim. Hələ bu qiymətlərə sms qiymətləri daxil deyil. İmtahanda iştirak etmək üçün tələb olunan şifrə, kod kartları var. Biz o kartların qiymətlərini bilmirik. Xidmət haqları elan olunandan sonra lap fantastik bir qiymət ortaya çıxacaq. Belə durumdan sonra imtahanda iştirak etməkdən imtina edən abituriyentlərin sayı artacaq”, – deyə K.Əsədov əlavə edib.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00