Azərbaycanda peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR

Azərbaycanda peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda peyvəndə cəlb edilməyən uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur.

“A24.az” bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, immunlaşdırma həftəsinin aprelin ayının son həftəsi ərzində keçiriləcəyi gözlənilir. Bu tədbirlərin Avropa İmmunlaşdırması Həftəsi çərçivəsində görülməsi planlaşdırılır: “Elə uşaqlar var ki, onlar müəyyən səbəblərdən vaxtında peyvənd edilə bilməyiblər. Bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi təmin edilməlidir”.

A.Əliyeva bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin veriləcəyinin gözlənildiyini də söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar