Azərbaycanda prezident seçkiləri ilə bağlı bu prosedurun sonuncu günüdür

Azərbaycanda prezident seçkiləri ilə bağlı bu prosedurun sonuncu günüdür
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

“A24.az” bildirir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına verilməlidir.

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da bu gün başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi, 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar