Azərbaycanda qandonduran hadisə - Ana körpəsini küçəyə atdı, uşaq öldü - VİDEO

Azərbaycanda qandonduran hadisə – Ana körpəsini küçəyə atdı, uşaq öldü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bərdə rayonunda insanlığa sığmayan, qandonduran hadisə baş verib. Yolun kənarına yeni doğulan körpə uşaq atılıb.

Bu günlərdə Bərdə rayonunda baş verən hadisə bəlkə də uzun illər yaddaşlardan silnməyəcək. Daşqəlbli ana yenicə dünyaya gətirdiyi övladını vəhşi heyvanın belə etmədiyi bir hərəkətlə yolun kənarına atıb. Rayonun Əmirli kəndi ərazisində bir çoban tərəfindən aşkar olunan körpə yerli sakinlər tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Çılpaq vəziyyətdə, soyuqda yola atılan, bəlkə də saatlarla bir ana nəvazişinə ehtiyac duyan bu zavallı uşaq acınacaqlı sonluqla həyata vida edib.

Kənd sakinlərini ən çox hiddətləndirən fakt isə uşağın kənd yolun kənarına atılması olub. Uşaq sağ ikən Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb və polisə məlumat verilib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib. Körpə yeddi aylıq doğulub və qızdır. Aparılan müayinələrdən sonra onun artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar