Azərbaycanda qaraciyər və böyrəyini dəyişdirənlərin sayı - Açıqlandı

Azərbaycanda qaraciyər və böyrəyini dəyişdirənlərin sayı – Açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda ötən il orqan transplantasiyası həyata keçirən xəstələrin sayı açıqlanıb.

A24.Az-ın Trend-ə istinadən məlumatına görə, 2016-cı ildə 63 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər immunosuppressiv dərman preparatları ilə təmin olunur.

Ötən il ərzində Azərbaycanda 18 nəfərə isə qaraciyər köçürülüb. Bununla yanaşı, 76 xəstəyə endoprotezləşmə əməliyyatı, 26 uşağa koxlear implantasiya əməliyyatı olunub.

2016-cı ildə yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində 1000-ə yaxın açıq ürək əməliyyatı icra olunub. Onların 244-ü uşaqlar üzərində aparılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar