A24 Xeber

Azərbaycanda “QAZ” avtomobili sürə biləcəksiniz

Azərbaycanda “QAZ” avtomobili sürə biləcəksiniz
567
01 Mart 2017 - 8:13

Rusiyanın “QAZ” avtomobil qrupu Azərbaycana avtomobil tədarük edə bilər. Nijni Novqorod vilayət rəhbərliyi bu sahədə şirkətə öz dəstəyini verəcək.

“A24.az”ın məlumatına görə, bu barədə Soçidə keçirilən Rusiya İnvestisiya Forumu zamanı Nijni Novqorod vilayətinin qubernatoru Valeri Şantsev deyib.

Onun sözlərinə görə, bu barədə Azərbaycanla danışıqlar aparılır. Azərbaycan bir sıra MDB ölkələri ilə birgə 2017-ci il üçün perspektivli bazar hesab olunur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00