Azərbaycanda quzu ətindən baha bitki - Təbii şəraitdə bitir - VİDEO

Azərbaycanda quzu ətindən baha bitki – Təbii şəraitdə bitir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ölçüsü kiçik, görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı 18-20 manata satılır. Söhbət dombalan kimi tanınan göbələkdən gedir. Hazırda bitkinin yığımı aparılır.

“A24.az” “ xezerxeber.az”a istinadən bildirir ki, dombalan heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz yağışı isə ona can verir. Goranboyda torpağın müəyyən dərinliyində yetişən tryufel bitkisinin yığımı aparılır.

Göbələyin bir növü olan bitkini yerli sakinlər dombalan adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Tryufel Goranboyda Rəhimli və Veyisli kəndlərinin ərazisində daha çox yetişir. Yerli sakinlərin sözlərinə görə, bitkinin yığımı dekabrdan may ayına qədər davam edir.

Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən tryufelin qiyməti də yüksəkdir. Yerli sakinlər dombalanın quzu ətindən baha olduğunu deyirlər. Göbələkdən çox kartofa bənzəyən bitkidən müxtəlif təamlar hazırlanır.

Tryufel daha çox İspaniya, İtaliya və Fransada məşhurdur. Hətta XV əsrdə dombalanın rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirlirmiş.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar