Azərbaycanda rektor VƏFAT EDİB

Azərbaycanda rektor VƏFAT EDİB
Want create site? Find Free WordPress Themes and plugins.

Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli iyunun 18-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

A24.Az-ın məlumatına görə, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab  və monoqrafiyanın müəllifi kimi də tanınır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü idi.

Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

Allah rəhmət eləsin!

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar