Azərbaycanda ruhunu keşişə təmizlədən hicablı qadın -  "Fala baxdırmağa gəlmişəm"- VİDEO

Azərbaycanda ruhunu keşişə təmizlədən hicablı qadın – “Fala baxdırmağa gəlmişəm”- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Jen Mironosits provoslav kafedral kilsəsində maraqlı hadisə ilə qarşılaşdıq.

A24.Az müxbir qrupu olaraq  sözügedən kilsədə çəkiliş edərkən hicablı qadının olması diqqətimizi cəlb etdi. Marağımıza yenilərək yaxınlaşıb xanımın əvvəlcə müsəlman olub-olmadığını soruşduq.

Qadın cavabında müsəlman olduğunu, lakin kilsəyə fala baxdırmağa gəldiyini bildirdi. Maraqlısı ondadır ki, xüsusi məqsədlə kilsəyə gələn tək müsəlman həmin xanım deyildi.

Baş keşişin ayin üçün kilsəyə gəlmə vaxtı yaxınlaşdıqca, bura fala baxdırmaq üçün gələn müsəlman qadınların sayı artırdı.

Hicablı qadınla söhbətimiz zamanı  aralarından biri söhbətə müdaxilə edərək “Bura keşişə ruhumuzu pis qüvvələrdən təmizlətməyə gəlmişik”-deyə bildirdi.

Firuzə Alimova

Nərmin Kərim

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar