Azərbaycanda sabahdan ov mövsümü başlayır

Azərbaycanda sabahdan ov mövsümü başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda sabahdan, mayın 26-dan ov mövsümü açıq elan olunur.

“A24.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək: “Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər”.

Direktor müavini qeyd edib ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir: “Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar