Azərbaycanda saxta diplomu olan UNİVERSİTET rektorları var - HESABAT

Azərbaycanda saxta diplomu olan UNİVERSİTET rektorları var – HESABAT
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı iyun ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8804 xəbər yerləşdirilib. Bunlardan 42 xəbər mənfi, 87 xəbər müsbət,  8675 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Texnologiya Universiteti (17 xəbər – Rektordan Ramiz Mehdiyevə şikayət ediblər), Dövlət İqtisad Universiteti (9 xəbər – UNEC rektoru haqda ilginc iddialar – Professor diplomu saxta imiş …), Gəncə Dövlət Universiteti (7 xəbər – GDU-nun tarix-coğrafiya fakültəsində biyabrçılıq).

Müsbət xəbərlər arasında isə Fövqəladə Hallar Nazirliyinin Akademiyası (46 xəbər – Akademiyanın əməkdaşları təltif edilib) və Moskva Dövlət Universitetinin Bakı filialı filialı (37 xəbər – Rektor, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib)  liderdir.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 886 xəbər
2 Dövlət İqtisad Universiteti 563 xəbər
3 ADA Universiteti 551 xəbər
4 Azərbaycan Texniki Universiteti 453 xəbər
5 Azərbaycan Tibb Universiteti 397 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 361 xəbər
7 Dövlət İdarəçilik Akademiyası 303 xəbər
8 Dövlət Neft və Sənaye Universiteti 302 xəbər
9 Bakı Ali Neft Məktəbi 296 xəbər
10 Azərbaycan Dillər Universiteti 294 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1613 xəbər dərc edilib. Bunlardan 1 xəbər mənfi, 7 xəbər müsbət, 1605 xəbər isə neytraldır.  Mənfi xəbər Dövlət İqtisad Universitetinə (1 xəbər – Rektor Ədalət Muradovun professor diplomunu qanunsuz əldə etməsi) məxsusdur. Müsbət xəbərlər isə Moskva Dövlət Universitetinin Bakı filialına (7 xəbər – Rektor, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib) aiddir.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 198 xəbər
2 ADA Universiteti 113 xəbər
3 Dövlət İqtisad Universiteti 103 xəbər
4 Mədəniyyət və İncəsənət Universiteti 81 xəbər
5 Dövlət Pedaqoji Universiteti 76 xəbər
6 Bakı Ali Neft Məktəbi 72 xəbər
7 Moskva Dövlət Universitetinin Bakı filialı 66 xəbər
8 Azərbaycan Dillər Universiteti 65 xəbər
9 Dövlət Aqrar Universiteti 65 xəbər
10 Azərbaycan Tibb Universiteti 63 xəbər

 

İyun ayında televiziya kanallarında universitetlər haqqında 397 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 54 xəbər
2 ADA Universiteti 48 xəbər
3 Azərbaycan Tibb Universiteti 22 xəbər
4 Dövlət Aqrar Universiteti 21 xəbər
5 Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 20 xəbər
6 Dövlət İqtisad Universiteti 17 xəbər
7 Fövqəladə Hallar Nazirliyinin Akademiyası 15 xəbər
8 Bakı Musiqi Akademiyası 14 xəbər
9 Dövlət İdarəçilik Akademiyası 13 xəbər
10 Dövlət Pedaqoji Universiteti 13 xəbər

 

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar