A24 Xeber

Azərbaycanda SIĞORTA şirkətlərinin işi heç ürəkaçan deyil

Azərbaycanda SIĞORTA şirkətlərinin işi heç ürəkaçan deyil
32
06 Sentyabr 2018 - 17:56

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzi-nə istinadla sığorta şirkətləri ilə bağlı avqust ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 802 xəbər yerləşdirilib. Bunlardan 29-u mənfi, 773-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (17 xəbər – Sığorta şirkəti narazılıq yaradır.), Dövlət Sığorta Kommersiya Şirkəti (8 xəbər – Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib) və ATA Sığortaya (4 xəbər – Vətəndaş: “Sığorta şirkəti pulumu tam ödəmir”) məxsusdur. Avqust ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1AzSığorta107 xəbər
2Atəşgah Sığorta105 xəbər
3Dövlət Sığorta Kommersiya Şirkəti72 xəbər
4İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi66 xəbər
5Paşa Sığorta50 xəbər
6Paşa Həyat Sığorta46 xəbər
7Qala Həyat Sığorta34 xəbər
8AXA MBASK Sığorta34 xəbər
9Atəşgah Həyat Sığorta33 xəbər
10ATA Sığorta32 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 34 neytral xəbər dərc edilib. Avqust ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi12 xəbər
2AzSığorta11 xəbər
3Dövlət Sığorta Kommersiya Şirkəti4 xəbər
4Atəşgah Sığorta3 xəbər
5Rəvan Sığorta1 xəbər
6Paşa Sığorta1 xəbər
7Azal Sığorta1 xəbər
8ATA Sığorta1 xəbər

Avqust ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 16 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi8 xəbər
2Dövlət Sığorta Kommersiya Şirkəti8 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00