Azərbaycanda sürücülər üçün istirahət yerləri qurulacaq - VİDEO

Azərbaycanda sürücülər üçün istirahət yerləri qurulacaq – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.

“A24.az” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, ”Beynəlxalq Nəqliyyat Forumu” keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istirahət etməsi üçün müəyyən yerlər yaradılacaq.

Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər.

Nuridə Allahyarova deyir ki, bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejminin müəyyən edəcək.

Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər.

“A24.az” “xəzərxəbər”ə istinadən videoxəbəri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar