Azərbaycanda taxıl və örüş sahələrində yanır

Azərbaycanda taxıl və örüş sahələrində yanır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Şabran və Siyəzən rayonlarında taxıl və örüş sahələrində yanğın baş verib. 

A24.Az-ın APA-nın şimal bürosuna istinadla xəbərinə görə, yanğın Şabranın Ağbaş, Siyəzənin Eynibulaq kəndləri ərazisində qeydə alınıb.

18 hektar biçilməmiş buğda, 30 hektar biçilmiş taxıl sahəsi, 240 hektar örüş sahəsi yanıb. Hava küləkli olduğundan alov qısa müddət ərzində dağlıq ərazilərə yayılıb. Sakinlərə məxsus əkin və otlaq sahələri də yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Şabran, Siyəzən və Xızı rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunub, alov söndürülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar