A24 Xeber

Azərbaycanda tələbələr arasında kütləvi dava: Ağır yaralı var

Azərbaycanda tələbələr arasında kütləvi dava: Ağır yaralı var
40
15 May 2018 - 20:54
Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.
A24.Az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.
Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.
Faktla bağlı araşdırma aparılır.
A24.Az 
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00