A24 Xeber

Azərbaycanda təsis edilən medalların siyahısına biri də əlavə edilir

Azərbaycanda təsis edilən medalların siyahısına biri də əlavə edilir
44
25 May 2018 - 12:24

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur.

“A24.az” xəbər verir ki, bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.

APA

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00