A24 Xeber

Azərbaycanda toyda dava düşdü – Yaralanan var

Azərbaycanda toyda dava düşdü – Yaralanan var
135
11 Mart 2018 - 0:23

İmişli rayonunda toyda düşən dava zamanı 1 nəfər xəsarət alıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, dava bu gün axşam saatlarında rayonun Xəlfəli kəndində qurulan toy çadırının həyətində olub.

1977-ci il təvəllüdlü kənd sakini Məmmədov Ramil Yusif oğlu dava edənləri ayırmaq istəyən zaman döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Məmmmədov dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

R.Məmmədov həmkəndliləri Rauf, Mirzəxan, Zaur və Ruşəddin Mirzəyev qardaşları tərəfindən döyüldüyünü iddia edir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00