A24 Xeber

Azərbaycanda üç universitetdən biabırçılıq: GÜNDƏM OLDULAR – ANALİZ

Azərbaycanda üç universitetdən biabırçılıq: GÜNDƏM OLDULAR – ANALİZ
158
02 Aprel 2018 - 16:29

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən universitetlərlə bağlı mart ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 5832 xəbər yerləşdirilib. Bunlardan 58 xəbər mənfi, 13 xəbər müsbət, 5761 xəbər isə neytraldır.

Mənfi xəbərlər Azərbaycan Texnologiya Universiteti (34 xəbər – Akif Süleymanovun yarıtmaz idarəçiliyi “- universitetdə rəzalət), Kooperasiya Universiteti (16 xəbər – Deputat Eldar Quliyevin “750 manatlıq” bazarı – universitetdə biabırçılıq) və Bakı Mühəndislik Universitetinə (8 xəbər – Havar müəllimdən absurd davranışlar- İngils dilini bilməyən müəllim ingiliscə dərs deyir) məxsusdur. Müsbət xəbərlər isə Bakı Ali Neft Məktəbinə (13 xəbər – BANM-ın əməkdaşı Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib) aiddir.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti809 xəbər
2ADA Universiteti359 xəbər
3Azərbaycan Dillər Universiteti352 xəbər
4Azərbaycan Texniki Universiteti345 xəbər
5Dövlət İqtisad Universiteti345 xəbər
6Dövlət Pedaqoji Universiteti311 xəbər
7Azərbaycan Tibb Universiteti305 xəbər
8Dövlət Neft və Sənaye Universiteti267 xəbər
9Bakı Ali Neft Məktəbi225 xəbər
10Mədəniyyət və İncəsənət Universiteti209 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1108 neytral xəbər dərc edilib. Mart ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti189 xəbər
2Azərbaycan Dillər Universiteti77 xəbər
3Dövlət İqtisad Universiteti74 xəbər
4ADA Universiteti62 xəbər
5Bakı Ali Neft Məktəbi52 xəbər
6Mədəniyyət və İncəsənət Universiteti52 xəbər
7Dövlət Pedaqoji Universiteti52 xəbər
8Azərbaycan Tibb Universiteti50 xəbər
9Dövlət İdarəçilik Akademiyası48 xəbər
10Azərbaycan Milli Konservatoriyası46 xəbər

Mart ayında televiziya kanallarında universitetlər haqqında 385 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1ADA Universiteti41 xəbər
2Bakı Dövlət Universiteti41 xəbər
3Bakı Ali Neft Məktəbi38 xəbər
4Azərbaycan Milli Konservatoriyası35 xəbər
5Dövlət İdarəçilik Akademiyası27 xəbər
6Dövlət İqtisad Universiteti20 xəbər
7Bakı Slavyan Universiteti19 xəbər
8Memarlıq və İnşaat Universiteti18 xəbər
9Mədəniyyət və İncəsənət Universiteti15 xəbər
10Azərbaycan Tibb Universiteti13 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00