A24 Xeber

Azərbaycanda uşaq bağçası uçdu – Foto

Azərbaycanda uşaq bağçası uçdu – Foto
47
27 Aprel 2018 - 17:05
Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub. 
A24.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan  Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.
Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.
Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.
Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00