Azərbaycanda uşaqlara bu adlar verilə bilər: İlbaşı, İqlimə, İnfil...

Azərbaycanda uşaqlara bu adlar verilə bilər: İlbaşı, İqlimə, İnfil…
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar açıqlanıb.

A24.Az-ın “Report”a istinadən məlumatına görə, adlar siyahısında İbniamin, İfaq, İgidəli, İqamət, İqdam, İkahəddin, İlarslan, İlbaşı kimi kişi, İfaqət, İfayə, İffətli, İfrat, İqlimə, İlafət kimi qadın adları yer alıb.

Valideynlər övladlarına İldar, İldəniz, İlgiz, İlgün, İlkinər, İlig, İlnamə, İlzər, İmad, İmamir kimi kişi, İlfirə, İlkün, İmmi, İnab, İnsanət, İrangül kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında İmar, İmrə, İmrən, İmriz, İmruz, İnad, İnal, İnalşad, İnar, İnfil, İnşad, İrad, İşxan, İstəm, İstəmi kimi kişi, İsparə, İsmira, İşarə, İşvəkar kimi qadın adları da qeyd olunub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar