Azərbaycanda uşaqlarına bu adları qoymaq istəyənlər var - RƏSMİ

Azərbaycanda uşaqlarına bu adları qoymaq istəyənlər var – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib.

“A24.az” bildirir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:

“Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır doğulub, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.

S.Sadıqova qeyd edib ki, Ayşə adının “Ayişəm” formasında qoyulması üçün də müraciət edilib: “Bu müraciətə hələ cavab verilməyib”.

S.Sadıqova uşaqlara qoyulan adlarla bağlı güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu da söyləyib.

Komissiyanın sədr müavini qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşına Topraq adının qoyulmasına icazə verilib: “O, Azərbaycan vətəndaşı olmadığı üçün biz onların adlarının qoyulmasına müdaxilə edə bilmərik”.

S.Sadıqova Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının uşaqlarına daha çox Damla, Damcı adlarını qoyduğunu da söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar