A24 Xeber

Azərbaycanda uzunqulaqların sayı niyə azalır? – Ət alarkən diqqətli olun! – VİDEO

Azərbaycanda uzunqulaqların sayı niyə azalır? – Ət alarkən diqqətli olun! – VİDEO
608
24 Mart 2017 - 23:41

Azərbaycanda son bir ildə uzunqulaqların sayı azalıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, azalma hətta 5 minə yaxındır.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.
Məlumata görə, 2008-ci ildə Azərbaycanda uzunqulaqların sayı 47.8 min baş təşkil edib. Yəni 2008-ci illə müqayisədə eşşəklər 12 min baş azalıb. Açıqlanmayıb ki, uzunqulaqların artım sürəti azalıb, yoxsa tələf olublar.

Uzunqulaqların azalmasını kənd yerlərində müşahidə etmək olur. Məsələn, Qubanın Qam-qam kəndində əvvələr tez-tez gözə dəyən eşşəklər hazırda yoxa çıxıblar. Kənd sakinləri buna səbəb kimi canavarların çoxalan hücumlarını göstərirlər.

Baytar həkim Murtuz Əkbər isə daha dəhşətli versiya irəli sürür. Onun sözlərinə görə, istisna deyil ki, bəzi vətəndaşlar eşşək ətini mal əti adı ilə içtimai iaşə obyektlərinə, eləcə də restoran və kafelər vasitəsi ilə satıb. Çünki xüsusilə də şəhərlərdə görünüş və dadına görə uzunqulat və dana ətini ayırmaq xeyli çətindir.

Bəs ət alarkən aldanmamaq – eşşək əti almamaq üçün nələrə diqqət edilməlidir? Baytar həkimin sözlərinə görə, ilk növbədə vətəndaşlar ət alarkən ətin hansı heyvana aid olduğunu, eləcə də sağlam olub-olmamağını aydınlaşdırmalıdır. Yəni baytarlıq sertifikaytını tələb etməlidir. Bununla yanaşı, uzunqulaq əti ilə mal və digər heyvanların ətinin bişirilməsində fərq açıq-aydın gözə dəyir.

Ölkəmizdə ənənəvi olmasa da uzunqulaq ətinin insan sağlamlığına faydalı cəhətləri də var-arıqlamağa kömək edir, qan dövranını gücləndirir. Azərbaycanda at və uzunqulaq ətinin satışı da qanunla qadağan deyil. Qadağan olan eşşək ətini mal əti adı ilə satmaqdır.

A24.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00