Azərbaycanda yas mərasimlərindəki adətlər xristianlıqdan keçib - DİNİ KOMİTƏ

Azərbaycanda yas mərasimlərindəki adətlər xristianlıqdan keçib – DİNİ KOMİTƏ
Want create site? Find Free WordPress Themes and plugins.

“İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, “Cümə axşamları” və “Qırx” mərasimlərinin keçirilməsi yoxdur”.

“A24.az” bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: “Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-içmək süfrələri təşkil edilir. Əslində bunlar ölmüş adam üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib”.

Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar