Azərbaycanda yeni manyak peyda olub: “Qız ağlaya-ağlaya dedi…”

Azərbaycanda yeni manyak peyda olub: “Qız ağlaya-ağlaya dedi…”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda manyak peyda olub.

A24.Az-ın minval.info-ya istinadla xəbərinə görə, bu barədə hadisə şahidləri məlumat verib.

Mingəçevir şəhərində ortaya çıxan manyakın təxminən 50 yaşında olduğu qeyd edilir. Hadisənin dünən baş verdiyi söylənilir. Şahidlərin verdiyi məlumata görə, bir nəfər naməlum şəxs gənc qadının arxasınca düşərək onu qorxudub:

 “Dayanmışdıq, bir qız ağlaya-ağlaya yaxınlaşaraq 50 yaşlarında olan kişinin onun arxasınca düşdüyünü dedi. O, həmçinin həmin şəxsin qızı qorxutduğunu bildirdi. Manyakın arxasınca düşsək də, qaçaraq binaların arasında gözdən itdi”.

Həmin şəxsin kimliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, bir müddət öncə Lənkəran rayonunda insanları təşvişə salan manyak peydə olmuşdu. Onun yaşayış evlərinə girərək sakinlərə hücum etdiyi bildirilirdi. Məlumat yayıldıqdan bir neçə gün sonra həmin şəxs kənd sakinləri tərəfindən tutularaq polisə təhvil verilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar